İran Hindistan tankerlərinin Hürmüz boğazından keçməsinə icazə verdi
İnterpress.az xəbər verir ki, bu barədə “NDTV” telekanalı məlumat yayıb.
İran hakimiyyəti Hindistan bayrağı altında üzən neft tankerlərinin strateji əhəmiyyətli Hürmüz boğazından keçməsinə icazə verib. Bu qərar Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında aparılan danışıqlardan sonra qəbul edilib.
Məlumata görə, artıq Hindistana məxsus azı iki tanker — “Puşpak” və “Parimal” boğazdan maneəsiz şəkildə keçib.
Bu addım regionda gərginliyin davam etdiyi bir vaxtda Hindistanın enerji təhlükəsizliyinin təmin olunması və ticarət yollarının açıq qalması baxımından mühüm diplomatik uğur kimi qiymətləndirilir.
Xuraman Etibarlı
İnterpress.az