AZ

İran XİN Müctəba Xameneinin yaralanmasını təsdiqlədi

"Trampın insan haqları və ya iranlılar vecinə deyil. Əvvəlcə etirazlar dinc keçdi, sonra Amerikanın müdaxiləçi ritorikasından sonra bəzi terrorçular ölənlərin sayını artırmaq üçün çalışdılar. Onlar ən azı 200 polis məmurunu öldürdülər".

"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçinin sözçüsü İsmail Bəqayi açıqlayıb.

O, İranın qonşularına qarşı heç bir düşmənçilik etmədiyini açıqlayıb: "Lakin ABŞ-nin bölgədəki hərbi mövcudluğu bir çox təhlükəsizlik problemi yaradıb. Biz qonşularımıza hücum etmirik. Özümüzü onların ərazilərindən istifadə edən təcavüzkarlardan qoruyuruq".

Diplomat yeni Ali Lider Müctəba Xameneinin yaralanması xəbərini təsdiqləyib: "O, zədələnib, amma yaxşıdır. İlk çıxışını nə vaxt edəcəyini bilmirəm. Liderlik üçün üç-dörd ad var idi, amma Konstitusiyaya uyğun olaraq Ekspertlər Məclisinin əksəriyyəti onu seçdi. Bu, sistemimizin tək bir nəfər tərəfindən idarə olunmadığını göstərir".

Ağarza Elçinoğlu

Seçilən
28
49
unikal.az

10Mənbələr