AZ

İrandan gözlənilməz Hörmüz qərarı: Bu ölkənin gəmiləri boğazı yarıb keçdi

İran Hindistan bayrağı altında üzən gəmilərin faktiki olaraq bağlanmış hesab edilən Hörmüz boğazından keçməsinə icazə verib.

Publika.az xəbər verir ki, bu barədə Hindistanın NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, qərar iki ölkənin xarici işlər nazirləri - Subrahmanyam Cayşankar və Abbas Əraqçinin apardığı danışıqlardan sonra qəbul olunub.

Bildirilir ki, artıq azı iki Hindistan tankeri – “Pushpak” və “Parimal” boğazdan təhlükəsiz şəkildə keçərək marşrutlarını davam etdirib.

Bundan iki gün əvvəl isə daha bir gəmi - Liberiya bayrağı altında üzən, lakin kapitanı hindistanlı olan və Səudiyyə Ərəbistanından neft daşıyan tanker də Hörmüz boğazını uğurla keçərək Mumbay limanına yan alıb.

Seçilən
11
49
publika.az

10Mənbələr