Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.
İran Hindistan bayrağı altında üzən tankerlərin Hörmüz boğazından keçməsinə icazə verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Hindistanın NDTV televiziya kanalı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, buna Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankar və İran xarici işlər naziri Abbas Əraqçi arasında aparılan danışıqlar nəticəsində nail olunub. Görüşdən sonra ABŞ, Avropa və İsrail gəmiləri məhdudiyyətlərlə üzləşməyə davam etsə də, ən azı iki Hindistan tankeri - Puşpak və Parimal - Hörmüz boğazından təhlükəsiz şəkildə keçib.
Kanalın məlumatına görə, iki gün əvvəl Səudiyyə Ərəbistanından xam neft daşıyan və kapitanlıq etdiyi Liberiya bayrağı altında üzən və hindistanlı bir tanker də boğazdan keçərək Mumbay limanına lövbər salıb. Bu, ABŞ, İsrail və İran arasında münaqişənin başlanğıcından bəri nəqliyyatın faktiki olaraq kəsildiyi su yolunda təhlükəsiz şəkildə üzən Hindistana gedən ilk gəmi olub.
Məryəm Quliyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.