AZ

Ötən il aliment ödəməyən 2344 nəfər HƏBS EDİLİB

Ajans.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən ictimai dinləmədə çıxışı zamanı ədliyyə nazirinin müavini Toğrul Hüseynov deyib.

Nazir müavini bildirib ki, 2025-ci ildə aliment ödəməkdən yayınan 4299 borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunub: "Onlardan 3083 protokol üzrə məhkəmələr tərəfindən inzibati tənbeh tətbiq olunub. 2344 nəfər inzibati qaydada həbs edilib və aliment ödəməkdən yayınan şəxslər barəsində müəyyən cinayət hüquqi xarakter tədbirlər görülüb. Bununla bağlı cinayət məsuliyyətinə cəlb edilmə haqqında 286 təqdimat verilmiş, 235 təqdimat barəsində cinayət işi başlanılıb".

Seçilən
65
32
Ajans.az

10Mənbələr