“2025-ci ildə icraatda 141 min aliment işi olub. Bununla belə aliment işlərinin icra edilməmə halları aşağı faiz təşkil edir”.
“Aliment işlərinin icrasında yaranan çətinliklər bəzən müəyyən vəsaitlərin, iş yerlərinin olmaması, şəxslərin yaşayış yerlərini, iş yerlərini tez-tez dəyişməsi ilə bağlı olur. 2025-ci ildə aliment ödəməkdən yayınan 4299 borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunub.
Onlardan 3083 protokol üzrə məhkəmələr tərəfindən inzibati tənbeh tətbiq edilib. 2344 nəfər inzibati qaydada həbs edilib və aliment ödəməkdən yayınan şəxslər barəsində müəyyən cinayət hüquqi xarakter tədbirlər görülüb. Bununla bağlı cinayət məsuliyyətinə cəlb edilmə haqqında 286 təqdimat verilib, 235 təqdimat barəsində cinayət işi başlanılıb”, - nazir müavini qeyd edib.