Pentaqon İranın cənubundakı qızlar məktəbinə edilən hücumla bağlı məlumatları nəzərdən keçirir.
"Unikal" xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset deyib.
Onun sözlərinə görə, Pentaqon hadisə ilə bağlı araşdırma aparır. Heqset, həmçinin ABŞ-nin heç vaxt mülki hədəflərə hücum etmədiyinə əminlik verib.
"Deyə biləcəyim tək şey odur ki, biz araşdırma aparırıq...", - deyə Pentaqon rəhbəri ifadə edib.
Xatırladaq ki, fevralın 28-də İranın cənubunda qızlar məktəbinə raketin düşməsi nəticəsində azı 175 nəfər həlak olmuşdu.
Gülayə Mecid