AZ

Azərbaycan istifadəçiləri arasında ən populyar internet-brauzerləri məlum olub

Bakı. Trend:

Bu ilin fevral ayında internet brauzeri "Google Chrome"Azərbaycan istifadəçiləri arasında populyarlıq üzrə liderliyiniqoruyub saxlayıb.

"Global Stats" Statistika Mərkəzindən Trend-ə verilən məlumata görə, onun yerlibazardakı payı əvvəlki ayla müqayisədə 2,46 faiz bəndi azalaraq68,9 faiz təşkil edib.

Bu müddət ərzində "Safari" internet brauzerinin Azərbaycanbazarındakı payı 16,46 faiz olub (1,69 faiz bəndi artıb).

Hesabat dövründə "Edge" internet brauzerinin bazar payı 0,81faiz bəndi artaraq 5,44 faizə çatıb.

Siyahıda növbəti pilləni "Firefox" internet brauzeri tutub. Beləki, bu brauzerin Azərbaycan bazarındakı payı 0,07 faiz bəndiartaraq 2,29 faiz təşkil edib.

Bu dövrdə "Samsung" internet brauzerinin payı 0,19 faiz bəndiartaraq 2,02 faizə yüksəlib, "Opera"nın payı isə 0,09 faiz bəndiazalaraq 1,79 faiz olub.

Bu ilin fevral ayında "Android" internet brauzerinin payı 0,3faiz bəndi azalaraq 0,4 faiz təşkil edib.

Məqalədə:
Seçilən
22
3
az.trend.az

4Mənbələr