AZ

Azərbaycan istifadəçiləri arasında ən populyar internet-brauzerləri məlum olub

Bu ilin fevral ayında internet brauzeri "Google Chrome" Azərbaycan istifadəçiləri arasında populyarlıq üzrə liderliyini qoruyub saxlayıb.

"Global Stats" Statistika Mərkəzindən Trend-ə verilən məlumata görə, onun yerli bazardakı payı əvvəlki ayla müqayisədə 2,46 faiz bəndi azalaraq 68,9 faiz təşkil edib.

Bu müddət ərzində "Safari" internet brauzerinin Azərbaycan bazarındakı payı 16,46 faiz olub (1,69 faiz bəndi artıb).

Hesabat dövründə "Edge" internet brauzerinin bazar payı 0,81 faiz bəndi artaraq 5,44 faizə çatıb.

 

Siyahıda növbəti pilləni "Firefox" internet brauzeri tutub. Belə ki, bu brauzerin Azərbaycan bazarındakı payı 0,07 faiz bəndi artaraq 2,29 faiz təşkil edib.

Bu dövrdə "Samsung" internet brauzerinin payı 0,19 faiz bəndi artaraq 2,02 faizə yüksəlib, "Opera"nın payı isə 0,09 faiz bəndi azalaraq 1,79 faiz olub.

Bu ilin fevral ayında "Android" internet brauzerinin payı 0,3 faiz bəndi azalaraq 0,4 faiz təşkil edib.

Seçilən
0
3
day.az

4Mənbələr