AZ

Azərbaycan İranla qonşuluğa mühüm önəm verir - Deputat

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də İranın Azərbaycandakı səfirliyində olub, qonşu ölkənin keçmiş ali rəhbəri ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib.

Azərbaycan Prezidentinin bu addımını dəyərləndirən deputat Hikmət Babaoğlu Musavat.com-a bildirib ki, dövlət başçısı İranla qonşuluğa mühüm əhəmiyyət verdiyini göstərib.
“Nəticə etibarilə İran xalqının əksəriyyəti soydaşlarımız, digər əksəriyyəti isə dindaşlarımızdır. Yəni eyni ortaq siyasi keçmişdən, eyni ortaq mədəniyyətdən, eyni dini mədəniyyətdən gələn xalqlarıq. Azərbaycan Prezidenti daim öz siyasətində İranla qonşuluq münasibətlərini yüksək qiymətləndirib. Atılan bu addım da məhz bir daha Azərbaycanın İranla qonşuluq və dostluq münasibətlərinə sadiq qalmasının nümunəsi kimi qiymətləndirilməlidir”.

Deputatın sözlərinə görə, İran Azərbaycanın etibarlı qonşu olduğunu bir daha görməlidir: “Azərbaycan uzun illər davam edən sanksiyalarda heç vaxt İranın mənafelərinə toxunan addım atmayıb. Bu gün də təhlükəsizlik təhdidləri ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycan yenə öz mövqeyinə sadiqdir. Mənə elə gəlir ki, Azərbaycan Prezidentinin bu addımı bundan sonrakı mərhələlərdə də İran-Azərbaycan münasibətlərinin daha da dərinləşməsinə və milli maraqlarımız kontekstində daha yaxşı perspektivlər vəd etməsinə gətirib çıxaracaq”.

Etibar Seyidağa,
Musavat.com

 

Seçilən
54
50
musavat.com

10Mənbələr