AZ

Baş nazir Kanadanın İrana qarşı müharibəyə qoşulmasını istisna etmir

Baş nazir Mark Karni Kanadanın İrana qarşı müharibəyə qoşulmasını istisna etməyib...

APA xəbər verir ki, Kanada Baş naziri bu barədə Kanberrada jurnalistlərə deyib.

“Nə vaxtsa iştirak etməməyi kəskin şəkildə istisna etmək olmaz”, - o qeyd edib.

Mark Karni əlavə edib ki, Kanada müttəfiqlərinin yanında olacaq və hər zaman kanadalıları müdafiə edəcək.

Baş nazir daha əvvəl ABŞ və İsrailin İrana hücumlarının beynəlxalq hüquqla ziddiyyət təşkil etdiyini bildirib.

Poliqon.info

Seçilən
64
3
poliqon.info

4Mənbələr