AZ

Baş nazir Kanadanın İrana qarşı müharibəyə qoşulmasını istisna etmir

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Baş nazir Mark Karni Kanadanın İrana qarşı müharibəyə qoşulmasını istisna etməyib.

APA xəbər verir ki, Kanada Baş naziri bu barədə Kanberrada jurnalistlərə deyib.

“Nə vaxtsa iştirak etməməyi kəskin şəkildə istisna etmək olmaz”, - o qeyd edib.

Mark Karni əlavə edib ki, Kanada müttəfiqlərinin yanında olacaq və hər zaman kanadalıları müdafiə edəcək.

Baş nazir daha əvvəl ABŞ və İsrailin İrana hücumlarının beynəlxalq hüquqla ziddiyyət təşkil etdiyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
83
3
apa.az

4Mənbələr