AZ

TƏCİLİ! İranın Naxçıvana hücumu nəticəsində dörd nəfər yaralanıb – RƏSMİ

İranın Naxçıvana dron hücumu ilə bağlı Naxçıvan Səhiyyə Nazirliyinə dörd nəfərdən müraciət daxil olub.

Bizim.Media xəbər verir ki, bunu "Report.az"a açıqlamasında Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin müdiri Sahib Abuzərov bildirib.

Onun sözlərinə görə, xəstələrə ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabildir:

"Onlardan iki nəfərə baş-beyin travması, digər iki nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub. Hazırda hər biri müvafiq şöbələrə yerləşdirilib və müalicələri davam etdirilir".

Bizim.Media

Seçilən
81
2
bizim.media

10Mənbələr