AZ

“İranın dron hücumu ilə bağlı dörd müraciət daxil olub” Naxçıvan Səhiyyə Nazirliyi

Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.

İranın Naxçıvana dron hücumu ilə bağlı Naxçıvan Səhiyyə Nazirliyinə dörd nəfərdən müraciət daxil olub.

Yeniavaz.com “Report”a istinadla xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin müdiri Sahib Abuzərov bildirib.

Onun sözlərinə görə, xəstələrə ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabildir:

“Onlardan iki nəfərə baş-beyin travması, digər iki nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub. Hazırda hər biri müvafiq şöbələrə yerləşdirilib və müalicələri davam etdirilir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
87
10
yeniavaz.com

10Mənbələr