AZ

Dron hücumu: Zirəddinin Azərbaycanla bağlı PROQNOZU

Bu gün günorta saatlarında Naxçıvan Beynəlxalq Hava Limanı İran tərəfindən dron hücumuna məruz qalıb.

İlkin məlumatlara görə, hava limanı ərazisinə ən azı üç dron zərbəsi endirilib. 

Sosial şəbəkələrdə yayılan bəzi fotolarda terminal binasının daxilində dağıntıların olduğu, tavan konstruksiyalarının və şüşələrin zədələndiyi görünür. 

Bu hadisə regionda gərgin olan vəziyyət fonunda baş verir. İran ilə ABŞ arasında artan hərbi qarşıdurma Cənubi Qafqazda da təhlükəsizlik risklərini gündəmə gətirib. Regiondakı bu gərginlik Azərbaycanın təhlükəsizlik mühitinə də təsirsiz ötüşməyə bilər.

ABŞ-İran müharibəsi Azərbaycana təsir edəcəkmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, tanınmış ekstrasens Zirəddin Rzayev bildirib ki, Azərbaycanla İran arasında mehriban düşmən münasibətləri var:

“İran və Azərbaycan qarşıdurması ilə bağlı hazırda bir çox politoloqlar deyir ki, bu əvvəl-axır olmalıdır. Azərbaycanda müəyyən televiziya kanallarında, “YouTube” kanallarında politoloqların çıxışlarında və ictimai rəydə də görünür ki, İranda olan 30 milyon azərbaycanlının Azərbaycana qoşulacağı torpaqla birlikdə proqnozlaşdırılır. 

Həmişə deyirlər ki, İran parçalanacaq, bizim orada 35 milyona yaxın Cənubi azərbaycan türkləri var. O türk milləti, Azərbaycanla birləşəcək.

Azərbaycanla İran arasında mehriban düşmən münasibətləri var. Hazırda İranın Azərbaycanla müharibəyə başlamasını görmürəm. İranın Naxçıvan aeroportunu vurmasını isə xəbərdarlıq hesab edirəm. Ola bilsin ki, İran hakimiyyəti demək istəyir ki, əgər ABŞ-a kömək etsəniz, bu İrana qarşı müharibə etmək sayılacaq və biz bunu belə dəyərləndirəcəyik.

Mənim analizim odur ki, bu daha çox xəbərdarlıq məqsədi daşıyır. Ölkələr bir-birini iki qismdə dəstəkləyirlər – beynəlxalq siyasətdə açıq və ya gizli şəkildə, silah-sursatla və digər yollarla.

Bu gün Azərbaycan Ukraynaya yardımlar edir və bunu gizli yox, açıq şəkildə edir. Amma Azərbaycan Ukraynaya açıq şəkildə silah vermir, gizli verib-vermədiyini isə deyə bilmərəm”.

O qeyd edib ki, bu gün İranda da belə bir mövqe var ki, gizli və ya açıq şəkildə Türkiyə, Azərbaycan və ya digər ölkələr Amerikanın apardığı xarici siyasətə yardım etsələr, bu elə bil İranın əleyhinə qalxmaq sayılır:

“Mənim dəyərləndirməm odur ki, onlar bunu xəbərdarlıq kimi ediblər. İkinci versiya isə ola bilər ki, analizlərimə görə İranın daxilində də çoxlu satqınlar var. Ola bilsin ki, əksinə Azərbaycanı, Türkiyəni və digər ölkələri İranın üstünə qaldırıb İranı parçalamaq üçün bunu edirlər.

Bu halda Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Amerika bunların hamısı İranın əleyhinə, eləcə də İran məğlub olarsa, o da sağa-sola dronlarla vursun, desin ki, “Burada mənəm, Bağdadda kor xəlifə” belə olmaz.

Ona görə mənim analizim budur ki, ya bu İranın daxilindəki düşmənlər tərəfindən edilir ki, İran parçalansın və hamını özünə düşmən etsin, ya da ikinci ehtimal olaraq bu, xəbərdarlıq məqsədi ilə edilib ki, yardım olunarsa, qarşılığında belə addımlar olacaq”.

Seçilən
68
50
cebheinfo.az

10Mənbələr