AZ

“İnşallah, bu il qayıdacağıq” – Adil Şükürov “Səbail”lə bağlı söz verdi

“Səbail”in baş məşqçisi Adil Şükürov komandanın durumuyla bağlı “Football-plus.az”a açıqlama verib.

Mütəxəssis premyer-liqa təcrübəsi olduğu halda 1-ci liqada sabit nəticələr qazana bilməməsindən, çempionluğa iddialı “dənizçilər”in hazırda liderdən – “Şəfa”dan 9 xal geridə olmasından danışıb. O, hələ də hədəflərindən vaz keçmədiklərini bildirib.

Sizi Adil bəyin fikirləriylə tanış edirik:

“Premyer-liqa ilə 1-ci liqa arasında oyun üslubuna görə xeyli fərq var. Xal itkilərinə gəlincə, bu çempionatda bütün komandalar bir-birindən xal ala bilər. Ümid edirik ki, növbəti turlarda turnir cədvəlində dəyişiklik olacaq. Bununla yanaşı, komandanın tam formalaşması üçün bizə vaxt lazımdı. Hələ hər şey qarşıdadı. Vacib olan “Səbail”in premyer-liqaya qayıtmasıdı. İnşallah, bu il qayıdacağıq - ya ikinci pillənin sahibi kimi pley-off qarşılaşmasında qalib gələrək, ya da çempion olaraq. Mübarizəmiz sona qədər davam edəcək”.

KƏNAN BAHADIR
Seçilən
121
1
football-plus.az

2Mənbələr