AZ

“İnşallah, bu il qayıdacağıq” Adil Şükürov “Səbail”lə bağlı söz verdi

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Səbail”in baş məşqçisi Adil Şükürov komandanın durumuyla bağlı “Football-plus.az”a açıqlama verib.Mütəxəssis premyer-liqa təcrübəsi olduğu halda 1-ci liqada sabit nəticələr qazana bilməməsindən, çempionluğa iddialı “dənizçilər”in hazırda liderdən – “Şəfa”dan 9 xal geridə olmasından danışıb. O, hələ də hədəflərindən vaz keçmədiklərini bildirib.Sizi Adil bəyin fikirləriylə tanış edirik:

“Premyer-liqa ilə 1-ci liqa arasında oyun üslubuna görə xeyli fərq var. Xal itkilərinə gəlincə, bu çempionatda bütün komandalar bir-birindən xal ala bilər. Ümid edirik ki, növbəti turlarda turnir cədvəlində dəyişiklik olacaq. Bununla yanaşı, komandanın tam formalaşması üçün bizə vaxt lazımdı. Hələ hər şey qarşıdadı. Vacib olan “Səbail”in premyer-liqaya qayıtmasıdı. İnşallah, bu il qayıdacağıq - ya ikinci pillənin sahibi kimi pley-off qarşılaşmasında qalib gələrək, ya da çempion olaraq. Mübarizəmiz sona qədər davam edəcək”.

KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
94
1
icma.az

2Mənbələr