AZ

Əraqçıdan Trampa sərt mesaj: “ABŞ-nin B planı uğursuz olacaq”

İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ prezidenti Donald Trampa müraciətlə diqqət çəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, Əraqçı sosial şəbəkədə yaydığı bəyanatda ABŞ-ın İranla bağlı strategiyasını sərt tənqid edib.

İran XİN rəhbəri bildirib ki, Vaşinqtonun sürətli hərbi qələbə əldə etmək məqsədi ilə hazırladığı plan artıq uğursuz olub. Onun sözlərinə görə, növbəti plan da eyni taleyi yaşayacaq: “Cənab Prezident, sürətli və təmiz hərbi qələbəyə nail olmaq üçün A planı uğursuz oldu. Sizin B planınız daha da böyük bir uğursuzluq olacaq”.

Əraqçı qeyd edib ki, İran təzyiq və hərbi hədələr qarşısında geri çəkilməyəcək və ölkə öz maraqlarını müdafiə etməkdə davam edəcək.

 

Musavat.com

photo_2026-03-05_22-05-35.jpg

Seçilən
133
50
musavat.com

10Mənbələr