"İran liderlərinə sui-qəsdlərin dərin nəticələri olacaq.
"Yeni Sabah" Vesti-yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, ağlı başında olan heç bir insan Yaxın Şərqdəki vəziyyəti proqnozlaşdırmağa cəsarət etməz:
"Hazırkı vəziyyətdə heç bir müsbət dəyişiklik əlaməti yoxdur. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları İslam Respublikası xalqını və onun rəhbərliyini birləşdirir. Təəssüf ki, müharibənin sərhədlərini genişləndirməyə meylli olduğunu görürük. Hamımız bilirik ki, bu kampaniyanın, bu təcavüzün əvvəlində niyyət sonda Tehrandakı rejimi dəyişdirmək idi. Amma indi bir şey aydın görünür: hər bir belə hərəkət İran xalqı arasında öz rəhbərliyi ətrafında daha böyük sıxlaşmaya gətirib çıxarır".
Telegram kanalımız