Bakı.Trend:
2026-cı il dekabrın 5-də Azərbaycan Respublikası VəkillərKollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bu barədə Trend-ə Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədriAnar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyatakeçirilmiş tədbirlər, görülmüş işlər barədə ətraflı məlumat verib,habelə qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günümünasibətilə bütün Azərbaycan xanımlarını təbrik edib, onlaramöhkəm cansağlığı, səadət və işlərində müvəffəqiyyətlərarzulayıb.
Gündəliyə uyğun olaraq bəzi vəkillərin digər vəkil qurumlarınakeçməsi, yeni Vəkil Bürosunun təsis edilməsi, müəyyən müddətəüzvlük haqqından azad olunma və yaranmış borcların silinməsi iləbağlı müraciətlərinə baxılıb. Müraciətlər müzakirə edildikdən sonraRəyasət Heyəti tərəfindən müvafiq qərarlar qəbul olunub.
Həmçinin iclasda “Philip C. Jessup” Beynəlxalq MəhkəməMüsabiqəsində iştirak edəcək tələbələrə maliyyə dəstəyiningöstərilməsi ilə bağlı ADA Universiteti tərəfindən daxil olmuşmüraciətə baxılıb. Hüquq fakültəsinin tələbələrinin beynəlxalqsəviyyədə təmsilçiliyinin və praktiki biliklərinin artırılmasınınəhəmiyyəti nəzərə alınaraq, müvafiq maliyyə dəstəyinin göstərilməsibarədə müsbət qərar qəbul edilib.
Bununla yanaşı, iclasda “Vəkillərin peşə hazırlığı vəixtisasının artırılması haqqında” Qaydaların, VK Tədris MərkəzininƏsasnaməsinin təsdiqi məsələsi müzakirə olunub. Qeyd edilənsənədlərin vəkillərin davamlı peşə inkişafının təmin olunmasına,tədris prosesinin sistemli və vahid standartlar əsasında təşkiliməqsədinə xidmət etdiyi bildirilib və onların təsdiqi qəraraalınıb.
Eyni zamanda Vəkil büroları və fərdi qaydada fəaliyyət göstərənvəkillər tərəfindən 2025-ci ildə hüquqi yardım göstərilməsi iləbağlı illik statistik hesabatın dərc olunması məsələsinə baxılıb.Aparılan müzakirələrdən sonra hesabatın ictimaiyyətə təqdimedilməsi qərara alınıb.
Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin 03 mart 2026-cı il tarixli Sərəncamı ilə hakim vəzifəsinətəyin edilmiş Kollegiyanın 12 üzvünün mükafatlandırılması vəvəkillik fəaliyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.Rəyasət Heyəti tərəfindən bununla bağlı müvafiq müsbət qərar qəbulolunub.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinəbaxılıb. Qəbul edilmiş qərarlara əsasən, yol verilmiş intizampozuntularına görə 1 vəkil xaric edilib, 3 vəkil barəsində cərimətədbiri tətbiq olunub və 1 vəkilə isə peşə fəaliyyəti zamanıqanunvericiliyin tələblərinə ciddi riayət etməsi tapşırılıb.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari vəəhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbulolunub.