AZ

ABŞ ordusu İrana qarşı mübarizədə PUA problemləri ilə üzləşir

ABŞ ordusu İranın buraxdığı hərbi pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizədə ciddi çətinliklərlə üzləşir.

Herbiand.az bildirir ki, bu barədə The Hill nəşri xəbər verir.

“Dron hücumları bazaları, limanları və vacib infrastrukturu təhlükə altına qoyur. Halbuki, hava hücumlarından müdafiə sistemləri imkanları həddində fəaliyyət göstərir. Məhz bazar günü Küveytə dron hücumu 6 Amerika əsgərinin ölümünə səbəb oldu”, - məqalədə deyilib.

The Hill qeyd edir ki, İrana qarşı hərbi kampaniyada dronları ələ keçirmək ABŞ və İsrail üçün əsas problemə çevrilir. Nisbətən ucuz dronlar onları məhv etmək üçün daha bahalı raketlərdən istifadə etməyə məcbur edir. Nəticədə, bu cür silahların ehtiyatları gözləniləndən daha sürətlə tükənir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
63
42
herbiand.az

10Mənbələr