Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azərbaycan") icraçı direktoru Gülnarə Aslanbəyli vəfat edib.
Yaxınlarının “Yeni Sabah”a verdiyi məlumata görə, o, uzun sürən onkoloji xəstəlikdən sonra bu səhər vəfat edib.
G.Aslanbəyli 1977-ci ildə anadan olub. O, “The George Washington University School of Business”də magistr dərəcəsini “Təhsil İdarəçiliyi və İnsan İnkişafı” ixtisası üzrə bitirib.
Ailəli olan G.Aslanbəylinin iki övladı var idi.
Qeyd edək ki, “AmCham Azərbaycan” xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır.
Mərhum G.Aslanbəyli 2020-ci ilin aprelindən "AmCham Azərbaycan"ın icraçı direktor vəzifəsini icra edirdi.
Əsmətxanım Rzazadə
Telegram kanalımız