AZ

Gülnarə Aslanbəyli VƏFAT ETDİ FOTO

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) icraçı direktoru Gülnarə Aslanbəyli 49 yaşında vəfat edib.Bizim.Media xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.G.Aslanbəyli uzun sürən onkoloji xəstəlikdən sonra martın 6-da səhər saatlarında dünyasını dəyişib.

 

Qeyd edək ki, G.Aslanbəyli 1977-ci ildə anadan olub. O, “The George Washington University School of Business”də magistr dərəcəsini “Təhsil İdarəçiliyi və İnsan İnkişafı” ixtisası üzrə bitirib. G.Aslanbəyli 2020-ci ilin aprelindən “AmCham Azərbaycan”ın icraçı direktoru vəzifəsində çalışırdı.

Ailəli olan G.Aslanbəylinin iki övladı var.Xatırladaq ki, “AmCham Azərbaycan” xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. (Yenisabah.az)

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
4
bizim.media

6Mənbələr