AZ

Moldovanın Baş nazirinin müavini Şəhidlər xiyabanını ziyarət edib

Bakı, 6 mart, AZƏRTAC

Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi martın 6-da Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Baş nazirinin müavini Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının mənzərəsini seyr edən qonağa Azərbaycan paytaxtında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

 

Foto – Aydın Məmmədov

Seçilən
93
6
azertag.az

7Mənbələr