AZ

Moldovanın Baş nazirinin müavini Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib

Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi martın 6-da Bakıda Zəfər parkını ziyarət edib.

Herbiand.az xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Eyni zamanda, Mixay Popşoi Şəhidlər xiyabanını da ziyarət edib. Baş nazirin müavini Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının mənzərəsini seyr edən qonağa Azərbaycan paytaxtında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.



Seçilən
102
6
herbiand.az

7Mənbələr