AZ

İran daxilində yeni cəbhə – Terrorçu kürd müxalifəti minlərlə silahlının hazır olduğunu açıqladı

İranın terrorçu kürd müxalif qüvvələri ölkə daxilində hərbi hazırlığın yüksək səviyyədə olduğunu bildirir.

Musavat.com xəbər verir ki, İran-kürd müxalif terrorçu təşkilatı olan Kürdüstan Azadlıq Partiyasının (PAK) sözçüsü Xəlil Nadiri İran ərazisində yerləşən qüvvələr barədə diqqətçəkən açıqlamalar verib.

Onun sözlərinə görə, təşkilatın əsas gücü İranın öz daxilində yerləşdirilib və münaqişə baş verərsə, bu qüvvələr hərəkətə keçə bilər.

Nadiri bildirib ki, “on minlərlə döyüşçü "İran Kürdüstanında" yerləşdirilib və bizim müharibədə iştirakımız yalnız İraq Kürdüstanından qüvvələrin hərəkəti ilə məhdudlaşmır”.

PAK sözçüsü eyni zamanda mümkün hərbi iştirak üçün şərtlər irəli sürüb. O qeyd edib ki, təşkilatın müharibəyə qoşulması halında əsas tələblərdən biri "İran Kürdüstanı" üzərində uçuşa qadağa zonasının yaradılmasıdır.

Nadirinin sözlərinə görə, belə bir qərar qəbul olunarsa, bu heç bir ölkənin dəvəti və ya xahişi ilə deyil, təşkilatın öz siyasi və hərbi qərarı olacaq.

 

Musavat.com

Seçilən
110
4
musavat.com

10Mənbələr