AZ

Paşinyanın "milli lampa"sı | Şərh

Azərbaycan və İran arasında gərginliyin artmasından demək olar ki, dərhal sonra Ermənistanın baş naziriNikol PashinyanSamvel Karapetyana məxsus “Tashir Group” şirkətinin idarəçiliyində olan“Ermənistan Elektrik Şəbəkələri”nin milliləşdirilməsi prosesinə başlanıldığını elan edib.

Yeri gəlmişkən, “Güclü Ermənistan”partiyasının lideri Samvel Karapetyan barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb. Karapetyan dekabr ayından ev dustaqlığındadır və ona qarşı təqib artıq 9 aydır davam edir. Üstəlik, onun vəkili Ruben Hakobyan da martın 6-da saxlanılıb.

Qeyd edək ki, Samvel Karapetyan Ermənistanda Rusiyapərəst mövqeyi ilə seçilən azsaylı biznesmenlərdən biri hesab edilirdi.
Paşinyanın onu həbs etməsi Ermənistanın Rusiya ilə iqtisadi əlaqələri azaltmaq kursunun qəti olduğunu göstərən addım kimi qiymətləndirilir. Bu baxımdan elektrik şəbəkələrinin milliləşdirilməsi söhbətindən sonra Ermənistanın baş nazirinin yenidən dəmir yolları mövzusuna qayıtması heç də təəccüblü deyil.

Martın 6-da keçirilən brifinqdə Nikol Paşinyan bildirib ki, Ermənistan ölkənin dəmir yollarının idarə olunması ilə bağlı Rusiya ilə aparılan müzakirələrin konkret qərarlarla nəticələnəcəyinə ümid edir.

“Bu məsələdə kəskin mübahisələrə yol vermək lazım deyil. Danışaraq razılığa gəlmək lazımdır. İstər dövlətlərarası münasibətlərimiz, istərsə də şəxsi münasibətlərimiz belə yanaşmanı tələb edir. Danışıqlar sakit və dostluq atmosferində aparılmalıdır” , – deyə Pashinyan qeyd edib.

Bununla yanaşı, o vurğulayıb ki, əgər Rusiya dəmir yollarının statusunu dəyişdirmək üçün birtərəfli addımlar atarsa, İrəvan buna sərt reaksiya verəcək.

“Əgər Ermənistana qarşı qəbuledilməz addımlar atılarsa, müqaviləni ləğv edə bilərik”
, – deyə baş nazir bildirib.

Ermənistanla Rusiya arasında narazılıqlar bununla məhdudlaşmır.

Belə ki, İranın Naxçıvana hücumu fonunda Rusiyanın Gümrüdə yerləşən hərbi bazası ətrafında da gərginliyin artdığı barədə məlumatlar yayılıb.

Bildirilir ki, Ermənistan komandanlığı hava hücumundan müdafiə sistemlərinin fəaliyyətini gücləndirmək barədə göstəriş verib. Eyni zamandaRusiya hərbi personalı ilə əməkdaşlıqdan imtina edibvə danışıqları yalnız erməni dilində apararaq ruslara kommunikasiya çətinliyi yaradıb.

Bəzi rus müşahidəçilərinə görə,Gümrüdə yeni təxribat hazırlana bilər ki, bunun da məqsədi bir tərəfdən ölkədəRusiyanın hərbi mövcudluğu məsələsini kökündən bağlamaq , digər tərəfdən isə Ermənistan ərazisini anti-İran qüvvələrinin fəaliyyəti üçün açmaq ola bilər.

Pashinyan vətəndaşlara "ABŞ-ın dəstəyi ilə elektrik enerjisi sahəsində həyata keçiriləcək layihələrin ölkəyə firavan gələcək vəd edir" deməsi, son zamanlar Ermənistanda Ukrayna nömrə nişanlı yük maşınlarının sayının artması da Rusiya tərəfini qıcıqlandıran məqamlardandır. Rusiyada onun yürütdüyü siyasətin Ermənistanı yeni Ukraynaya çevirə biləcəyini düşünənlər də az deyil.

Bəzi ekspertlər hesab edirlər ki, Paşinyanın siyasəti Ermənistanı geosiyasi qarşıdurmanın yeni meydanına çevirə bilər. Bu kontekstdə həmçinin qeyd olunur ki, əgər Ermənistan ərazisində İrana qarşı təhlükə yaradan addımlar atılarsa, ölkədə yerləşən Metsamor Atom Elektrik Stansiyası potensial hədəflərdən birinə çevrilə bilər . Bu isə bütövlükdə region üçün ciddi risk yaradır.

Səbinə Həsənova
AzVision.az


Seçilən
117
50
azvision.az

10Mənbələr