Avstriyanın beş diplomatı İrandan Azərbaycana təxliyə edilib.
"Far.Az"un Cənub bürosu xəbər verir ki, onların təxliyəsi Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə həyata keçirilib.
Qeydiyyat prosedurlarından sonra diplomatlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.
Onların arasında Avstriyanın Tehrandakı səfiri Fridrix Ştift də var.
7 mart saat 14:00-dək olan məlumata əsasən, daha 2 Nigeriya vətəndaşı Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə təxliyə edilib.
Bu barədə "Far.Az"un Cənub bürosu xəbər verir.
Qeyd edək ki, bundan əvvəl 5 Nigeriya vətəndaşı İrandan Azərbaycana təxliyə edilib.
7 mart saat 12:00-dək daha 27 Çin vətəndaşı Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə təxliyə edilib.
"Far.Az"un Cənub bürosu xəbər verir ki, təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.
Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.
Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 514 Çin vətəndaşı Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
Eyni zamanda, 1 ABŞ və 1 Pakistanın vətəndaşı Azərbaycana təxliyə edilib.