Avstriyanın beş diplomatı İrandan Azərbaycana təxliyə edilib.
Far.Az report-a istinadən xəbər verir ki, onların təxliyəsi Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə həyata keçirilib.
Qeydiyyat prosedurlarından sonra diplomatlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.
*** 14:12
7 mart saat 14:00-dək olan məlumata əsasən, daha 2 Nigeriya vətəndaşı Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə təxliyə edilib.
Far.Az xəbər verir ki, bu barədə report-un Cənub bürosu məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl 5 Nigeriya vətəndaşı İrandan Azərbaycana təxliyə edilib.
*** 11:57
7 mart saat 12:00-dək daha 29 Çin vətəndaşı Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə təxliyə edilib.
Far.Az report-a istinadən xəbər verir ki, təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.
Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.
Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 516 Çin vətəndaşı Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
*** 10:39
ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1761 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
Far.Az report-a istinadən xəbər verir ki, onlar 66 ölkənin vətəndaşlarıdır.
Belə ki, fevralın 28-i saat 08:00-dən martın 7-si saat 10:00-a qədər sərhədi 297 Azərbaycan vətəndaşı keçib.