AZ

İsrailin başqa alternativi YOXDUR: İranda Trampın TALEYİ həll olunur - ŞOK AÇIQLAMA

"Hazırda Pəhləvilər üzərində müəyyən siyasi işlərin davam etdiyi görünür. Pəhləvinin ətrafına İran mühacirətindən olan kifayət qədər nüfuzlu şəxslər toplanır. Bu prosesdə İranın tarixi və legitim hakim sülaləsi hesab olunan Qacarların bəzi təmsilçilərinin də onun ətrafına cəlb edildiyi qeyd olunur".

Musavat.com xəbər verir ki, bu sözləri "Tv Musavat"ın canlı efirində "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyib.

O, qeyd edib ki, görünən odur ki, bu ssenari üzərində ən çox işləyən tərəf İsraildir: "İsrail üçün alternativ variantların çox olmadığı düşünülür və buna görə də Pəhləvi müəyyən mənada alternativ fiqur kimi təqdim edilir. Lakin Pəhləvinin real şəkildə İrana gətirilməsi və ölkə daxilində hakimiyyətə gəlməsi məsələsi olduqca mürəkkəbdir. Onun təqdim olunması, bir siyasi simvol kimi göstərilməsi və ya ətrafında müəyyən koalisiyanın formalaşdırılması daha çox təzyiq vasitəsi kimi qiymətləndirilə bilər. Digər tərəfdən, İran kimi böyük və mürəkkəb bir ölkədə ABŞ və İsrail tərəfindən quru əməliyyatının həyata keçirilməsi çox çətin görünür. Belə bir hərbi əməliyyat həm hərbi, həm də siyasi baxımdan olduqca riskli hesab olunur. Bu günlərdə BBC-də yayımlanan bir materialda da qeyd olunurdu ki, Donald Tramp üçün İranla bağlı mümkün hərbi əməliyyat böyük siyasi risk daşıyır. Bu məsələ yalnız İranın gələcəyi ilə bağlı deyil, eyni zamanda Trampın öz siyasi taleyi ilə də birbaşa bağlıdır".

Rauf Arifoğlu qeyd edib ki, əgər belə bir əməliyyat uğursuz nəticələnərsə, Trampın siyasi fiqur kimi ciddi zərbə alması, hətta siyasi səhnədən çəkilməsi ehtimalı da müzakirə olunur: "Mövcud gedişat göstərir ki, hədəflər müəyyən edilir və mərhələli şəkildə sıradan çıxarılır. Bununla belə, nəzəri baxımdan müxtəlif ssenarilər mümkündür. Çünki bəzi analizlərdə qeyd olunur ki, bu prosesin tam başa çatması üçün sonda quru əməliyyatı qaçılmaz ola bilər. Lakin belə bir addımın atılıb-atılmayacağı hələ də açıq sual olaraq qalır".

Verilişdən həmin hissəyə aşağıdan baxa bilərsiniz: 

 


Musavat.com

 

Seçilən
20
45
musavat.com

10Mənbələr