AZ

Tramp: ABŞ kürdləri İran münaqişəsinə cəlb etmək istəmir, lakin...

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İranla bağlı münaqişədə iştirak edən tərəflərin sayını artırmaq niyyətində olmadığını bildirib.

Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ hazırda kürd qüvvələrini İranla qarşıdurmaya cəlb etməyi planlaşdırmır. O qeyd edib ki, Vaşinqton vəziyyəti daha da mürəkkəbləşdirməmək üçün münaqişənin genişlənməsindən çəkinir.

ABŞ Prezidenti həmçinin bildirib ki, hazırda İrana Amerika quru qoşunlarının göndərilməsi məsələsi gündəmdə deyil. Bununla belə, Tramp bu variantın gələcəkdə tamamilə istisna olunmadığını vurğulayıb.

Tramp eyni zamanda İranın gələcək siyasi-coğrafi taleyi ilə bağlı diqqətçəkən açıqlama verib. Jurnalistin “münaqişədən sonra İranın xəritəsi dəyişə bilərmi?” sualına cavab verən ABŞ lideri bu ehtimalı istisna etməyib.

“Bunu sizə dəqiq deyə bilmərəm. Amma ehtimal ki, yox, əvvəlki kimi olmayacaq”, – deyə Tramp bildirib.

Musavat.com

Seçilən
29
45
musavat.com

10Mənbələr