AZ

"Qış fasiləsində müəyyən tələblərim olsa da, alınmadı" - Saşa İliç

"Sumqayıt" Misli premyer-liqasının 23-cü tur matçında "Karvan-Yevlax"ın meydanında xal itirdi - 1:1.

"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Bu gün akademiyanın yetirmələrinə şans verdik. Çempionatı bu heyətlə davam etdirəcəyik.

- İndiki durumda daha çox təcrübəli futbolçulara şans vermək doğru olmaz?
- Rəhbərlikdən gələn tapşırıqdı. Bizə deyiblər ki, daha çox akademiyanın yetirmələrinə şans verin. Kifayət qədər səhvlərə yol verdik. Keyfiyyətsiz oyun alındı. Penaltini də dəyərləndirə bilmədik. Oyundan narazıyam.

- Dediz ki, bu heyətlə davam edəcəyik. Amma bu heyət autsayderlə bacarmır. Sizin üçün çətin olmayacaq?
- Baxacağıq. Gənc futbolçular oyun təcrübəsi qazandıqdan sonra dəyişikliklər olacaq.

- Klub strategiyanı dəyişir?
- Verilən qərara hörmətlə yanaşıram. Mövcud heyətlə işləməliyəm.

- Belə fikirlər var ki, mövsümün sonunda sizinlə yollar ayrılacaq. Bu iddialar nə dərəcədə doğrudu?
- Hələ mövsümün sonuna qədər vaxt var. Davam edirəm. Nə qərar qəbul olunsa, razılaşacam. Müqaviləm mövsümün sonuna kimidi.

- Akademiyanın yetirmələrinə şans verilməsi klubun gələcəklə bağlı uzunmüddətli planlarının olmasından xəbər verir?
- Güclü akademiyamız var. Nəticə üçün müəyyən vaxt lazımdı. Klubun qərarını başa düşürəm. Avrokuboklara vəsiqə qazanmaq şansımız azaldığı üçün gənc futbolçulara şans verməklə növbəti mövsümlər üçün strateji yollar axtarırıq.

- Komandanın çətin günlərində rəhbərliyin dəstəyini hiss edirsiz?
- Hamıkomanda üçün çalışır. Mövsümə yaxşı başladıq, kifayət qədər xal topladıq. Qış fasiləsində müəyyən tələblərim olsa da, alınmadı. Uğursuz nəticələr bununla bağlı ola bilər.

- İkinci penaltini niyə Səbuhi Abdullazadə yox, Rüstəm Əhmədzadə vurdu?
- Bu, oyunçuların öz aralarında verdiyi qərar idi. Mən qarışmıram.

Seçilən
97
3
football-plus.az

6Mənbələr