AZ

İsrail Beyrutda hoteli hədəf aldı Ölənlər var

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail ordusu Beyrutda hotelə hava zərbəsi endirib.

“Qafqazinfo”nun xəbərinə görə, Livan Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada bildirilib ki, paytaxt Beyrutda yerləşən bir hotelə endirilən hava zərbəsi nəticəsində azı 4 nəfər ölüb, 10 nəfər yaralanıb.

Məlumata görə, İsrail ordusu daha əvvəl də martın 4-də Beyrutun Hazimiyyə rayonunda yerləşən bir hoteli hədəf almışdı.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, martın 2-dən bu yana İsrailin Livana hücumları nəticəsində 294 nəfər həyatını itirib, 1023 nəfər yaralanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
106
1
qafqazinfo.az

2Mənbələr