İsrail ordusu Beyrutda hotelə hava zərbəsi endirib.
KONKRET.az xəbər verir ki, Livan Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada bildirilib ki, paytaxt Beyrutda yerləşən bir hotelə endirilən hava zərbəsi nəticəsində azı 4 nəfər ölüb, 10 nəfər yaralanıb.
Məlumata görə, İsrail ordusu daha əvvəl də martın 4-də Beyrutun Hazimiyyə rayonunda yerləşən bir hoteli hədəf almışdı.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, martın 2-dən bu yana İsrailin Livana hücumları nəticəsində 294 nəfər həyatını itirib, 1023 nəfər yaralanıb.
