Fransa Respublikasının Prezidenti Emmanuel Makron martın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Fransa Prezidenti İranın Azərbaycana hava hücumu ilə əlaqədar ölkəsinin Azərbaycanla həmrəyliyini və dəstəyini ifadə edib.
Emmanuel Makron, həmçinin İrandakı Fransa vətəndaşlarının Azərbaycan vasitəsilə təxliyyəsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.