AZ

Vaşinqton üçün narahatedici tablo: "İran daha güclü çıxdı"

ABŞ rəsmiləri bildirirlər ki, İran münaqişə zamanı Tramp administrasiyasının əvvəlcədən gözlədiyindən daha effektiv müqavimət göstərir və daha güclü hərbi potensial nümayiş etdirir.

Musavat.com xəbər verir ki, bu barədə The New York Times ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İran qüvvələri ABŞ hədəflərinə qarşı hücumları davam etdirir və bu vəziyyət Vaşinqtonun ilkin hərbi hesablamalarının tam doğrulmadığını göstərir. Mənbələr bildirir ki, İranın müqaviməti gözləniləndən daha təşkilatlanmış və davamlı xarakter daşıyır.

ABŞ rəsmiləri xəbərdarlıq edirlər ki, münaqişə uzandıqca Amerika tərəfinin itkilərinin artması ehtimalı da yüksəlir. Bu səbəbdən Vaşinqton daxilində müharibənin gedişi və gələcək strategiya ilə bağlı müzakirələrin intensivləşdiyi qeyd olunur.

 

Musavat.com

Seçilən
177
50
musavat.com

10Mənbələr