AZ

Sexdə partlayış: Gənc faciəvi şəkildə həyatını itirdi

Xəbər verdiyimiz kimi, ötən ayın sonu Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində yerləşən poladəritmə sexində partlayış baş verib. Baş verən partlayış hadisəsi zamanı 3 fəhlə xəsarət almışdı.

Fevralın 27-də sexdə quraşdırılmış sobanın partlaması nəticəsində orada fəhlə işləyən 1994-cü il təvəllüdlü İsmayılov Elməddin Nurəddin oğlu, 1989-cu il təvəllüdlü Davidov Ceyhun Zakir oğlu və 1997-ci il təvəllüdlü Məmmədov Coşğun Ruşan oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri almışdılar.

NOCOMMENT.az xəbər verir ki, xəsarət alan fəhlələrdən 1-i həyatını itirib.

Aparılan müalicə və müayinələrə baxmayaraq 1997-ci il təvvəllüdlü Coşqun Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
80
1
nocomment.az

10Mənbələr