AZ

Sexdə partlayış: Gənc faciəvi şəkildə həyatını itirdi

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, ötən ayın sonu Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində yerləşən poladəritmə sexində partlayış baş verib. Baş verən partlayış hadisəsi zamanı 3 fəhlə xəsarət almışdı.

Fevralın 27-də sexdə quraşdırılmış sobanın partlaması nəticəsində orada fəhlə işləyən 1994-cü il təvəllüdlü İsmayılov Elməddin Nurəddin oğlu, 1989-cu il təvəllüdlü Davidov Ceyhun Zakir oğlu və 1997-ci il təvəllüdlü Məmmədov Coşğun Ruşan oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri almışdılar.

Avtosfer.az xəbər verir ki, xəsarət alan fəhlələrdən 1-i həyatını itirib.

Aparılan müalicə və müayinələrə baxmayaraq 1997-ci il təvvəllüdlü Coşqun Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır./nocomment

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
84
1
avtosfer.az

10Mənbələr