AZ

İngiltərə nəhəngi Sanqareni istəyir

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

"Nottingem Forest"in və Fil Dişi Sahili millisinin yarımmüdafiəçisi İbrahima Sanqare karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Caught Offside" yayıb.

Məlumata görə, onun xidmətində "Mançester Yunayted" maraqlıdır. Mənbə "meşəbəyilər"in 28 yaşlı futbolçunun satışından təxminən 45-50 milyon avro qazanmağı hədəflədiklərini vurğulayıb. Tərəflərin yaxın vaxtlarda danışıqlara başlayacağı bildirilib.

Cari mövsüm bütün turnirlərdə 32 matça çıxan Sanqare 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı sözügedən oyunçunun transfer qiymətini 22 milyon avro ilə dəyərləndirir.

Toğrul

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
71
2
fanat.az

3Mənbələr