AZ

İngiltərə nəhəngi Sanqareni istəyir

"Nottingem Forest"in və Fil Dişi Sahili millisinin yarımmüdafiəçisi İbrahima Sanqare karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.


Manset.az Fanat.az-a istinadən xəbər verir ki, onun xidmətində "Mançester Yunayted" maraqlıdır. Mənbə "meşəbəyilər"in 28 yaşlı futbolçunun satışından təxminən 45-50 milyon avro qazanmağı hədəflədiklərini vurğulayıb. Tərəflərin yaxın vaxtlarda danışıqlara başlayacağı bildirilib.

Cari mövsüm bütün turnirlərdə 32 matça çıxan Sanqare 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı sözügedən oyunçunun transfer qiymətini 22 milyon avro ilə dəyərləndirir.

Seçilən
68
2
manset.az

3Mənbələr