AZ

Əli Xamenei niyə hələ də dəfn olunmur? -ƏSAS SƏBƏBLƏR

İranın uzun illər ali dini lideri olmuş Əli Xameneinin ölümündən dərhal sonra ölkədə dövlət səviyyəsində matəm elan edilib. Bununla yanaşı, gözlənilən dəfn mərasimi hələ də keçirilməyib və qeyri-müəyyən müddətə təxirə salınıb. İnternet resurslarında və beynəlxalq mediada yer alan məlumatlara görə, bu gecikmənin əsas səbəbləri təhlükəsizlik və təşkilati məsələlərlə bağlıdır.

Əsas səbəblərdən biri İranda davam edən hərbi gərginlikdir. ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi zərbələrdən sonra ölkədə təhlükəsizlik vəziyyəti xeyli mürəkkəbləşib. Bu səbəbdən milyonlarla insanın qatılacağı ehtimal olunan böyük mərasimlərin təşkili riskli hesab edilir.

ABŞ -İsrail hücumlarından belə aydın oldu ki, İranın hərbi sistemi hava məkanını qoruna bilmir. İranın hava hücumundan müdafiə sistemləri istər 2025-ci ilin iyununda, istərsə də 2026-cı ilin 28 fevralından başlayan və hələ də davam edən hücumlarda demək olar ki, işləmədi. İsrail və ABŞ təyyarələri təlimdə imişlər kimi İran səmasına daxil olur, istədikləri yeri bombalayır və sonra da zərbə almadan geri dönürlər...

Bu səbəbdən də ölkənin müxtəlif bölgələrində keçirilən böyük tədbirlər, o cümlədən dövlət səviyyəli mərasimlər potensial riskli sayılır. Hava məkanının tam təhlükəsiz olmaması şəraitində milyonlarla insanın bir yerə toplaşdığı tədbirlər hücum üçün həssas hədəfə çevrilə bilər.

todaypress.tv

Belə şəraitdə yalnız dəfn mərasimi deyil, ümumiyyətlə böyük aksiyalar və kütləvi tədbirlər də risk altında hesab olunur. Təhlükəsizlik baxımından böyük insan toplaşmaları potensial təhlükə yarada bilər.

Bu səbəbdən də bir çox analitiklər hesab edir ki, İran rəhbərliyi vəziyyət sabitləşənə qədər belə genişmiqyaslı mərasimlərin keçirilməsini təxirə salmağa üstünlük verə bilər.

Əli Xamenei İranın ən uzun hakimiyyətdə olan dini-siyasi liderlərindən biri idi. Onun dəfn mərasiminə ölkənin müxtəlif bölgələrindən milyonlarla insanın gələcəyi ehtimal olunur.

Xamenei

Belə bir izdihamın idarə olunması müharibə şəraitində daha mürəkkəb olur. Buna görə də logistika, təhlükəsizlik və təşkilati hazırlıq məsələləri xüsusi diqqətlə planlaşdırılır.

İran Konstitusiyasına görə, ali lider vəfat etdikdən sonra yeni rəhbər Ekspertlər Şurası tərəfindən seçilir. Bu proses artıq başa çatıb və İranın yeni ali dini lideri kimi Müctəba Xamenei seçilib.

Bununla da siyasi keçid mərhələsi formal olaraq başa çatıb və dövlət idarəçiliyində yaranan qeyri-müəyyənlik aradan qalxıb.

Mətbuat məlumatlarına görə, Əli Xameneinin Məşhəd şəhərində – İmam Rza məqbərəsinin yaxınlığında dəfn olunması planlaşdırılır. Bu məkan İran şiələri üçün ən müqəddəs ziyarət yerlərindən biri hesab olunur.

Musavat.com

Seçilən
48
25
musavat.com

10Mənbələr