AZ

Tehrandan ABŞ xalqına mesaj: “Sizinlə problemimiz yoxdur”

İranın xarici işlər naziri Abbas Araqçi ABŞ ictimaiyyətinə yönəlmiş diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, iranlı nazir Tehran rəhbərliyinin sadə amerikalılara qarşı düşmən münasibəti olmadığını bildirib.

Araqçinin sözlərinə görə, ABŞ vətəndaşlarının böyük əksəriyyəti ölkənin bahalı və uzunmüddətli xarici müharibələrdə iştirakının dayandırılmasına səs verib və İran bunu nəzərə alır.

“İran sadə amerikalılara zərər vermək istəmir. Amerikalılar böyük əksəriyyətlə ABŞ-nin baha başa gələn xarici müharibələrdə iştirakının dayandırılmasını istəyiblər”, – deyə Araqçi qeyd edib.

İran XİN rəhbəri eyni zamanda ABŞ-də enerji və maliyyə sahəsində yaranan problemlərin məsuliyyətini İsrail və Vaşinqtondakı tərəfdarlarının üzərinə qoyub.

Nazirin sözlərinə görə, benzinin qiymətinin kəskin bahalaşması, ipoteka kreditlərinin artması və pensiya hesablarının dəyər itirməsi İsrail siyasətinin və Vaşinqtondakı müttəfiqlərinin qərarlarının nəticəsidir.

Araqçi bildirib ki, regionda gərginliyin artması birbaşa bu siyasətin nəticəsidir və bunun mənfi təsirləri artıq ABŞ iqtisadiyyatında da hiss olunur.

 

Musavat.com

Seçilən
52
50
musavat.com

10Mənbələr