AZ

Bakıda sənaye istehsalı 3,6 milyard manatı ötüb

BAKI, 10 mart. TELEQRAF

2026-cı ilin yanvar ayında Bakı şəhərində sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 3,6 milyard manat təşkil edib. Sənaye məhsulunun 70 faizi mədənçıxarma, 25,1 faizi emal, 3,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Teleqraf xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.

Sənayedə qeyri-dövlət sektorununpayı 83,3 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı86,4 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 13,6 faiz təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında01 fevral2026-cı il vəziyyətinə 431,8 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 39,9 milyon manat məbləğində digər məhsullar damövcud olub.

Seçilən
79
5
teleqraf.com

7Mənbələr