AZ

Bakıda sənayenin vəziyyəti açıqlandı

2026-cı ilin yanvar ayında Azərbaycanda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,6 milyard manat təşkil edib.

FED.az biznes və maliyyə xəbərləri portalı  Bakı Şəhər Statisika İdarəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 70,0%-i mədənçıxarma, 25,1%-i emal, 3,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,1%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarının payına düşüb.

Sənayedə qeyri-dövlət sektorunun payı 83,3% təşkil edib. İstehsalın ümumi həcmində sənaye məhsullarının payı 86,4%, sənaye xarakterli xidmətlərin payı isə 13,6% olub.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib. Əvvəlki dövrlərdən qalan ehtiyatlar da nəzərə alınmaqla 2026-cı il fevralın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 431,8 milyon manatlıq hazır məhsul ehtiyatı mövcud olub.

Bununla yanaşı, sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 39,9 milyon manatlıq digər məhsullar da olub.

Seçilən
64
1
fed.az

7Mənbələr