AZ

Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 4%-dən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Bakıda pərakəndə ticarət dövriyyəsininhəcmi 3 milyard 221,4 milyon manat olub.

Trend bu barədə Bakı şəhər Statistika İdarəsinəistinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,3faiz çoxdur.

Hesabat ayında ticarət şəbəkəsində satılmış ərzaq məhsulları,içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar ayı iləmüqayisədə 5,6 faiz artaraq 1 milyard 781,8 milyon manat,qeyri-ərzaq malları isə 2,8 faiz artaraq 1 milyard 439,6 milyonmanat olub. 2025-ci ilin yanvar ayı ilə müqayisədə cari ilin yanvarayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə0,6 faiz azalıb, fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə isə7,0 faiz artıb. İstehlak məhsullarının 33,6 faizi hüquqi şəxsstatuslu müəssisələrdə, 58,0 faizi fərdi sahibkarlara məxsusticarət obyektlərində, 8,4 faizi isə paytaxtın əmtəə bazarlarındasatılıb.

Seçilən
51
13
az.trend.az

10Mənbələr