AZ

Ötən ay Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 4 faizdən çox artıb

Yeniazerbaycan saytından alınan məlumata görə, ain.az bildirir.

2026-cı ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsinin həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 3 milyard 221,4 milyon manat təşkil edib.

Bakı şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar ayı ilə müqayisədə 5,6 faiz artaraq 1 milyard 781,8 milyon manata, qeyri-ərzaq malları isə 2,8 faiz artaraq 1 milyard 439,6 milyon manata çatıb.

2025-ci ilin yanvar ayı ilə müqayisədə cari ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 0,6 faiz azalıb, fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə isə 7 faiz artıb. İstehlak məhsullarının 33,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 58 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 8,4 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
13
yeniazerbaycan.com

10Mənbələr