ain.az bildirir, Milli.az portalına istinadən.
Müğənni Əminə Şirin açıqlaması ilə sosial şəbəkələrdə diqqət çəkib.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, bəzi evlərini və bağ sahələrini kirayəyə verib.
Onun sözlərinə görə, bu əmlakların öz zəhməti ilə deyil, valideynlərindən qalan mirasdır:
"İmkan var, bəzi evlərimi və bağımı kirayəyə vermişəm. Əslində əlavə evlərimizi anam və atam alıb. Onlar bir ömür boyu çalışıblar. Atam bizneslə məşğul olub. O evlərdə mənim bir qəpik də zəhmətim yoxdur, valideynlərimdən qalan mirasdır", - deyə müğənni qeyd edib.
Əminə Şirinin bu etirafı sosial mediada müxtəlif reaksiyalar doğurub. Bəzi istifadəçilər onun səmimi açıqlamasını təqdir etsə də, digərləri mövzu ətrafında fərqli fikirlər səsləndiriblər.
Musa
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.