AZ

"Evlərimi, bağımı kirayə verib dolanıram"

Müğənni Əminə Şirin açıqlaması ilə sosial şəbəkələrdə diqqət çəkib.

Ölkə.az-ın məlumatına görə, sənətçi bildirib ki, bəzi evlərini və bağ sahələrini kirayəyə verib.

Onun sözlərinə görə, bu əmlakların öz zəhməti ilə deyil, valideynlərindən qalan mirasdır:

"İmkan var, bəzi evlərimi və bağımı kirayəyə vermişəm. Əslində əlavə evlərimizi anam və atam alıb. Onlar bir ömür boyu çalışıblar. Atam bizneslə məşğul olub. O evlərdə mənim bir qəpik də zəhmətim yoxdur, valideynlərimdən qalan mirasdır", - deyə müğənni qeyd edib.(milli.az)

Əminə Şirinin bu etirafı sosial mediada müxtəlif reaksiyalar doğurub. Bəzi istifadəçilər onun səmimi açıqlamasını təqdir etsə də, digərləri mövzu ətrafında fərqli fikirlər səsləndiriblər.

Seçilən
20
3
olke.az

4Mənbələr