AZ

Aİ lideri: Avropa üçün nüvə enerjisi prioritetdir

Avropanın enerji təhlükəsizliyi üçün nüvə və bərpa olunan enerji prioritetdir.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen nüvə enerjisi sammitində bildirib.

O, Avropada elektrik enerjisi tariflərinin yüksək olduğunu qeyd edib: "Avropa nə neft, nə də qaz istehsal edir. Biz tamamilə bahalı və qeyri-sabit idxaldan asılıyıq ki, bu da bizi digər bölgələrlə müqayisədə əlverişsiz vəziyyətə salır”.

Avropa Komissiyasının Prezidenti vurğulayıb ki, Yaxın Şərqdəki hazırkı böhran bunu açıq şəkildə göstərir.

O əlavə edib ki, Avropanın yerli, aşağı karbonlu enerji mənbələrinə ehtiyacı var: “Avropanın yerli, aşağı karbonlu enerji mənbələrinə ehtiyacı var. Nüvə və bərpa olunan enerji mənbələri birlikdə əsas rol oynayır. Nüvə enerjisi il boyu elektrik enerjisi təmin edir, gecə-gündüz mövcuddur”.

Ursula von der Leyen avropalıları etibarlı və əlverişli enerji mənbəyi olan nüvə enerjisinə yenidən investisiya qoymağa çağırıb.

Seçilən
88
3
apa.az

4Mənbələr