Avropanın enerji təhlükəsizliyi üçün nüvə və bərpa olunan enerji prioritetdir.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen nüvə enerjisi sammitində bildirib.
O, Avropada elektrik enerjisi tariflərinin yüksək olduğunu qeyd edib: "Avropa nə neft, nə də qaz istehsal edir. Biz tamamilə bahalı və qeyri-sabit idxaldan asılıyıq ki, bu da bizi digər bölgələrlə müqayisədə əlverişsiz vəziyyətə salır”.
Avropa Komissiyasının Prezidenti vurğulayıb ki, Yaxın Şərqdəki hazırkı böhran bunu açıq şəkildə göstərir.
O əlavə edib ki, Avropanın yerli, aşağı karbonlu enerji mənbələrinə ehtiyacı var: “Avropanın yerli, aşağı karbonlu enerji mənbələrinə ehtiyacı var. Nüvə və bərpa olunan enerji mənbələri birlikdə əsas rol oynayır. Nüvə enerjisi il boyu elektrik enerjisi təmin edir, gecə-gündüz mövcuddur”.
Ursula von der Leyen avropalıları etibarlı və əlverişli enerji mənbəyi olan nüvə enerjisinə yenidən investisiya qoymağa çağırıb.
"Cebheinfo.az"